Kriminal

Naxçıvanda polislə dalaşan iki qardaş həbs edildi

Sharing is caring!

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşları ilə münaqişə yaradan iki qardaş həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə fevralın 22-də baş verib.

Şərurun Dizə kənd sakini Mahir Abdulov həmin gün müalicə almaq üçün xəstəxanaya gedib. Daha sonra o, oğlu Kənanı qida məhsulları alması üçün mağazaya göndərib.

Sürücülük vəsiqəsi olmayan oğlan atasına məxsus VAZ markalı avtomobili idarə edərək xəstəxanadan çıxıb və yolda yol polisi əməkdaşları onu saxlayıblar. Polislər qanunun tələbinə uyğun olaraq, avtomobili cərimə meydançasına aparıblar. Bundan sonra Kənanın atası və xəstəxanada olan əmisi Azadi onun polis şöbəsinə aparılmasını və maşının cərimə meydançasına salınmasını öyrənərək oraya gediblər. Bu zaman polislərlə onların arasında münaqişə baş verib. Nəticədə hər iki şəxs saxlanılıb və barələrində inzibati protokol tərtib edilib.

Şərur Rayon Məhkəməsinin qərarı ilə 1983-cü il təvəllüdlü Mahir Abdulov və qardaşı Azadinin hər birinə 8 sutka inzibati həbs cəzası verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir