Dünya

Messi ABŞ klubuna keçə bilər – AÇIQLAMA

Sharing is caring!

ABŞ-nin “İnter Mayami” klubunun baş məşqçisi Fil Nevill PSJ-nin hücumçusu Lionel Messi və “Barselona”nın yarımmüdafiəçi Serxio Busketsin mümkün transferlərindən danışıb.

İngiltərəli mütəxəssis yayılan xəbərləri təkzib etməyib.

“İnkar etmirəm ki, biz onlarla maraqlanırıq. Messi və Buskets hələ də fərqlənirlər. Bu iki böyük oyunçu komandamıza ciddi fayda gətirə bilər. Heyətimizə dünyanın ən yaxşı futbolçularını cəlb etmək istəyirik. Bu, liqa üçün də dönüş nöqtəsi olardı”, – deyə  Nevill “The Times”a bildirib.

Hər iki futbolçunun hazırkı klubları ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Mənbə: “The Times”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir