Cəmiyyət

TƏBİB videosu yayılan it dişləyən uşaqla bağlı açıqlama yayıb – VİDEO

Sharing is caring!


TƏBİB sosial şəbəkədə videosu yayılan it dişləyən uşaqla bağlı açıqlama yayıb.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub. Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.

Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antirabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir