Cəmiyyət

Vüqar Qurbanov: “Çalışırıq ki, həkimlərimiz xaricdə də tanınsın”

Sharing is caring!


“İşinin peşəkarı olan kifayət qədər həkim və tibb işçilərimiz var”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün media nümayəndələri üçün təşkil edilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, savadlı kadrların ölkə daxilində tanındığı kimi, ölkə xaricində də tanınmasına çalışırlar:

“Məqsədimiz ölkəmizin həkimlərini tanıtmaqdır. Həm koronavirus pandemiyası dövründə, həm müharibə dövründə jurnalistlər görülən işləri yüksək səviyyədə işıqlandırdılar. Biz bu işdə hər zaman birgə fəaliyyətə şad olarıq. Ölkəmiz üçün faydalı olmaq, tibb sahəsində müsbət dəyişikliyə imza atmaq lazımdır”.

V.Qurbanov onu da əlavə edib ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də nöqsanlar ola bilər:

“Aşkarlanan nöqsanlar barəsində araşdırmalar aparılır, zəruri addımlar atılır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir