İncəsənət

Mixail Yefremov ekranlara qayıdır

Sharing is caring!

Rusiyada TNT telekanalı Əməkdar artist Mixail Yefremovun rol aldığı “Polyot” (Uçuş) serialını yayımlayacaq.

Mk.ru layihənin ssenari müəllifi və rejissoru Pyotr Todorovskiyə istinadla xəbər verir ki, sözügedən serial TNT-nin 2021-ci ildə təqdim edəcəyi ilk serial olacaq.

Serial uğursuz bir uçuşun bir neçə insanın həyatını köklü şəkildə dəyişdirməsindən bəhs edir.

Mixail Yefremovun (Jabenko) xarakteri asılılıqların öhdəsindən gəlməyə çalışacaq.

Xatırladaq ki, M.Yefremov iyunun 8-də Moskvanın mərkəzində qəza törədib. Onun maşını əks yola çıxıb və qarşıdan gələn LADA markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə nəticəsində LADA-nın sürücüsü Sergey Zaxarov ölüb. Bununla əlaqədar olaraq M.Yefremov səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir