Cəmiyyət

Beyləqanda uşaq bağçasında yanğın: 25 nəfər təxliyə edildi

Sharing is caring!


Beyləqan şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ümumi sahəsi 1000 kvadratmetr (hər mərtəbəsi 500 kvadratmetr) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi və 4 metr elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (17-si uşaq olmaqla) təhlükəsiz əraziyə təxliyə olunub. Bağça yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir