Cəmiyyət

Pənahəli xanın nəslinin nümayəndəsi: “Qarabağ Zəfərinin möhtəşəmliyini Şuşada daha dərindən hiss etdim” – FOTO

Sharing is caring!


Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslinin İspaniyada yaşayan nümayəndəsi Qulam Əkbərov ailəsi ilə birlikdə Şuşa şəhərinə səfər edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan səfər zamanı Əkbərovlar ailəsinin üzvləri öncə ulu babalarının sarayının qalıqlarını və onun adını daşıyan küçəni ziyarət ediblər.

Qeyd olunub ki, sonra xan nəslinin davamçıları Bazarbaşı meydanı, Cıdır düzü, güllələnmiş heykəllərin yerləşdirildiyi meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Gəncə Qapısı, Yuxarı Gövhərağa məscidi, İsa bulağı və digər görməli yerlərdə olublar.

“Əkbərovlar ailəsinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verilib.

Qulam Əkbərov bildirib ki, xalqımızın Qarabağda qazandığı qələbənin möhtəşəmliyini Şuşada daha dərindən hiss edir və bu günü heç vaxt unutmayacaq.

Əkbərovlar ailəsi Dövlət Komitəsinin “YouTube” kanalı olan “Diaspor TV”nin “Vətən uzaqda deyil” proqramına müsahibə verərək, Şuşa şəhərində yaşadıqları qürur və fəxarət hisslərini bölüşüb, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və qüdrətli ordumuza minnətdarlıqlarını ifadə edib, Vətən yolunda canından keçən oğullarımıza Allahdan rəhmət diləyib”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir