Mədəniyyət

“Evdə tək”in məşhur aktyoru “Ulduz”unu aldı – FOTO

Sharing is caring!


Məşhur “Evdə tək” komediyasında baş rolun ifaçısı 43 yaşlı Makoley Kalkinin də, nəhayət, Hollivud Şöhrət Xiyabanında şəxsi ulduzu peyda olub.

Məlumata görə, açılış mərasimində aktyor göz yaşlarını güclə saxlaya bilib. Onun yanında bu əlamətdar gündə filmdə Kalkinin məşhurlaşdığı obraz Kevin Makkallisterin anası obrazını canlandıran aktrisa Ketrin O’Hara da olub. Film ailəsinin bir yerə toplaşması “Evdə Tək-2” filminin buraxılışından təxminən 30 il sonra baş verib.

“Makoley, səni təbrik edirəm. Sən bu xiyabanda ulduza layiqsən. Mən səninlə fəxr edirəm!” – deyə O’Hara bildirib.

Ondan başqa tədbirdə onun nişanlısı və iki oğlu da iştirak ediblər.

Mənbə: hellomagrussia.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir