Cəmiyyət

Şəmkirdə 64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sharing is caring!

Şəmkirdə beş gün əvvəl 64 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Belə ki, fevralın 19-da Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın öldürülməsi barədə polisə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir