Cəmiyyət

Qanunsuz alkoqolsuz içki istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Sharing is caring!

Gəncə şəhəri, Yeni Məhsəti qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Bəxtiyar Vaqif oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində aparılmış yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, müəssisədə şüşə butulkaların yuma və doldurulma sahəsində istifadə olunan avadanlıqların paslana bilən materialdan təşkil edildiyi, yuma sahəsində su axarcıqlarının birbaşa açıq kanalizasiya xəttinə ötürüldüyü, təmizlik işlərinin aparılmadığı və digər istehsalçı müəssisələrə aid olan ikinci əl şüşə butulkalardan istifadə edildiyi müəyyən olunub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və inzibati protokol tərtib edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir