İdman

Yeni yaradılmış multiidman yarışı Azərbaycanda keçirilə bilər

Sharing is caring!


2027-ci ildə keçiriləcək II Avropa paraçempionatı Azərbaycanda təşkil oluna bilər.

Prosport.az-ın xəbərinə görə, Azərbaycan bu yarış üçün namizədliyini verib. Azərbaycandan başqa, daha yeddi ölkə namizədliyini irəli sürüb.

Bunlardan biri Türkiyədir. Qardaş ölkə 2036-cı ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarını keçirə bilmək üçün məhz bu yarışa ev sahibliyi etmək istəyir. Təşkilatçılar növbəti yarış üçün əlil arabasında qılıncoynatma, parastolüstü tennis, parapauerliftinq və əlil voleybolunu (oturaraq oynanılır) proqrama daxil etmək istəyir.

Dekabrın 20-dək namizədlər istəklərini bildirə bilərlər. 2024-cü ilin mayında qalib ölkə elan ediləcək.

Qeyd edək ki, hazırda I Avropa paraçempionatı Niderlandın Rotterdam şəhərində keçirilir. Burada 10 idman növü – parakamandan oxatma, parabadminton, boççia, qolbol, paracüdo, paraatıcılıq, parataekvondo, paravelosiped idmanı, əlil arabası basketbolu və əlil arabası tennisi üzrə yarışlar keçirilir.

Azərbaycan yalnız son üç yarışda təmsil olunmur. 8 avqustda başlamış yarış 20 avqustda başa çatacaq. Azərbaycan 11 medalla (dörd qızıl, dörd gümüş, üç bürünc) meydan sahibi Niderland, Türkiyə və Ukraynadan sonra dördüncü yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir