Dünya

Rusiyada hərbi komissarlığa “Molotov kokteyli” atdılar

Sharing is caring!

Murmanskda naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.

Hadisə fevralın 23-də Kapitan Orlikov küçəsində baş verib.

Tezliklə yerli sakinlərdən biri yanıq qoxusunu hiss edərək 112-yə zəng edib.

Hadisə yerinə gələn yanğınsöndürənlər açıq alovu söndürüblər. Yanğın nəticəsində binanın pəncərə çərçivəsi yanıb.

İlkin məlumatlara görə, hücum edən şəxs hərbi komissarlığın pəncərəsinə alışan maddə dolu şüşə atıb.

Hazırda hüquq-mühafizə orqanları yanğın törədənin kimliyini müəyyənləşdirir.

Mənbə: Mash

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir