Dünya

Afrika ölkəsinin keçmiş lideri 36 il sonra yenidən dəfn edildi – FOTO

Sharing is caring!

Cümə axşamı Burkina-Fasonun paytaxtı Uaqaduquda 36 il əvvəl hərbi çevriliş nəticəsində öldürülən ölkənin milli qəhrəmanı və keçmiş dövlət başçısı Tom Sankara və onun 12 silahdaşının qalıqlarının dəfn mərasimi keçirilib.

Burkina Fasonun milli bayraqları ilə örtülmüş tabutlar Sankara və hökumət üzvlərinin öldürüldüyü yerdəki xatirə mərkəzində dəfn olunublar.

Qeyd edək ki, Sankara və silahdaşlarının qalıqları 2015-ci ildə araşdırma məqsədilə çıxarılıb.

Xatırladaq ki,1983-cü ilin yayında hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Tom Sankara 1987-ci il oktyabrın 15-də Burkina Faso (keçmiş Yuxarı Volta) Nazirlər Şurasının iclası zamanı öldürülüb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir