Siyasət

Şuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb – FOTO

Sharing is caring!

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Azərbaycan – Özbəkistan  Regionlararası Forumu çərçivəsində bu ölkədə səfərdə olub.

Səfər çərçivəsində tarixi Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədilə ikitərəfli sənəd imzalanıb. 

Tədbirdə çıxışı zamanı Aydın Kərimov tarixi Şuşa şəhəri, orada görülən abadlıq və quruculuq, təmir-bərpa işləri haqqında məlumat verib, imzalanmış ikitərəfli sənədin gələcək əməkdaşlıqda mühüm rol oynayacağını diqqətə çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir