Dünya

Expressen: “İsveçdə müəllimlərin yarısı şagirdlər tərəfindən fiziki zorakılığa məruz qalıb”

Sharing is caring!

İsveçdə hər ikinci məktəb müəllimi şagirdlər tərəfindən fiziki zorakılığa məruz qalıb.

Bu barədə “Expressen” İsveç Müəllimlər İttifaqına istinadən yazıb.

Eyni zamanda, hər on müəllimdən yeddisi məktəblilərin təhlükəli və aqressiv davranış nümayiş etdirdiyi vəziyyətlərlə üzləşib.

Müəllimlərdən biri şəxsən onun tez-tez məktəblilərin təhqirləri ilə üzləşdiyindən şikayətlənib. Bundan əlavə, onun sözlərinə görə, o, gülləkeçirməz jilet almağı düşünürmüş.

İttifaqın “Ağzını bağla, qoca qarğa” adlandırılan hesabatında qeyd edilir ki, hətta ibtidai məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində də zorakılıq müşahidə olunur. Müəllimlər vəziyyətin nəzarətdən çıxa biləcəyindən qorxurlar.

Müəllimlər həm də zorakılıq və bullinq ucbatından bir çox həmkarlarının məktəbləri tərk etmələrindən şikayət ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir