Dünya

Həbsdən çıxan Atambayev Qırğızıstanı tərk etdi

Sharing is caring!

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev ölkəsini tərk edərək xaricə yollanıb.

Bu barədə respublikanın keçmiş rəhbərinə yaxın mənbə bildirib.

Bildirilir ki, Atambayev Bişkekdən təyyarə ilə BƏƏ-yə uçub, oradan da İspaniyaya getməyi planlaşdırır.

“İspaniyada o, diaqnostik müayinədən keçəcək və müvafiq müalicə kursu alacaq”, – deyə mənbədən əlavə edilib.

Qeyd edək ki, A.Atambayev ötən ilin yayında korrupsiya işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Dünən o, həbsdən azad edilib.

Atambayevin özü Qırğızıstana qayıtma tarixinin həkimlərin diaqnozundan asılı olduğunu bildirib. O, müalicədən sonra sağalması üçün müəyyən vaxt lazım olmasını istisna etməyib. Bununla belə, o, vətənə qayıtmaq niyyətində olduğunu vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir