Dünya

Avropa İttifaqı Berluskonini boykot etmək qərarına gəldi

Sharing is caring!

Avropa İttifaqının (Aİ) doqquz ölkəsindən mühafizəkar siyasətçilər İtaliyada baş tutacaq mühafizəkarların toplantısını boykot etmək qərarlarını açıqlayıblar.

Belə ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni iştirak edərsə, onlar toplantının boykot edilməsini təklif ediblər.  

Siyasətçinin və onun rəhbərlik etdiyi “Forza Italia” partiyasının boykot edilməsinə səbəb isə onun Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid etməsi olub.

Berluskoni bildirib ki, Ukrayna lideri “Donbasdakı iki muxtar respublikaya hücumu dayandırsa idi, Rusiya ilə hərbi müharibədən yayına bilərdi”.

Mənbə: “Politico”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir