Kriminal

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Sharing is caring!


Gürcüstan həbsxanalarında 99 Azərbaycan vətəndaşı saxlanılır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin cari ilin sentyabr ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 11-i qadın, 88-i isə kişidir.

Həbsdə olanlardan Azərbaycan vətəndaşlarından biri yetkinlik yaşına çatmayan oğlandır. Məlumata görə, həbsdə olan Azərbaycan vətəndaşlarından 19-na qarşı ittiham irəli sürülüb, 80-i barəsində isə hökm oxunub.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 50 nəfər təşkil edib. Onlardan 25-i Tbilisidə, 10-u Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i Acarıstan-Quriya, biri isə Sameqrelo-Zemo Svaneti bölgəsindədir.

Gürcüstan həbsxanalarında hazırda 42 İran, 33 Ermənistan, 119 Rusiya, 205 Türkiyə və 47 Ukrayna vətəndaşı daxil olmaqla ümumilikdə 749 əcnəbi saxlanılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir