Cəmiyyət

Azərbaycan hərbçiləri Türkiyədə zəlzələdən zərər çəkənlərə növbəti dəfə yardım göndəriblər – FOTO

Sharing is caring!

Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, qardaş ölkəyə yardım tədbirləri davam edir. İndiyədək Azərbaycan Müdafiə Nazirliyi bir neçə dəfə Türkiyəyə yardım göndərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir