Cəmiyyət

Biz hər zaman siyasi dialoqa hazırıq

Sharing is caring!

       Prezident İlham Əliyevin 22 iyultarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibə çox maraqlı bir məsələyə toxunaraq  bildirib ki, biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir. Başqa bir diqqətdə olan məsələ isə Rusiya ilə bağlıdır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var.Rusiya və Azərbaycan arasında tarazlaşdırılmış və bir-birinin suverenliyinə dayanan əlaqələr mövcuddur. Ona görə də həmin dövlətə yanaşmada Azərbaycan bu reallıqdan çıxış edir. Yəni Rusiya ilə münasibətlərimiz tarazlaşdırılıb, bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır.

 Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq.

 İkinci Qarabağ müharibəsinin bitməsindən təxminən iki il sonra Laçın dəhlizi adlandırılan yol işğal vaxtında işləyən qaydada fəaliyyətini davam etdirmişdir.Bir fərq var idi ki, o, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Fəaliyyətdə dayanma yox idi. Bizim tərəfimizdən müdaxilə etmək addımı da yox idi.

       Dövlətimizin başçısı bildirib: “Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Həmçinin ermənilər anlamalıdırlar ki,  bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək.

       Azərbaycan Prezidenti bir daha dövlətimizin hər hansı bir kampaniyaya qoşularaq kiminsə əleyhinə və ya leyhinə siyasət yeritməyəcəyini, ikitərəfli əlaqələrdə olduğu kimi çoxtərəfli əlaqələrdə də balansa üstünlük verəcəyini diqqətə çatdırıb.

Mübariz Kərimov,

Cəlilabad rayon Bəcirəvan kənd

tam orta məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir