Dünya

Yeni Zelandiyada fövqəladə vəziyyət elan edildi

Sharing is caring!

Yeni Zelandiya hökuməti ölkəni cənginə alan fırtına və onun ardınca baş verən daşqınlar səbəbindən ölkə tarixində üçüncü dəfə fövqəladə vəziyyət elan edib.

Məlumata görə, beş milyonluq ölkə əhalisinin təxminən üçdə biri fırtınanın zərər vurduğu ərazilərdə yaşayır.

Bildirilir ki, bir çox insan köçmək məcburiyyətində qalıb, bəziləri təhlükəsiz yerə üzərək gedib, digərləri isə evlərinin damından xilas edilib. Təqribən 250 min insan işıqsız qalıb. Aşan ağaclar evləri dağıdıb, torpaq sürüşmələri isə yolları bağlayıb.

Qeyd olunur ki, ən böyük ziyan Şimal adasının şimal və şərq sahillərindəki sahil icmalarına, Hoks Bey, Koromandel və Nortlend kimi ərazilərə dəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir