Cəmiyyət

ATV-də DƏYİŞİKLİK: “Xəbərin olsun” – VİDEO

Sharing is caring!


Yeni mövsümə iddialı başlamağı qabağına şərt qoyan ATV telekanalı növbəti dəyişikliyini izləyicilərlə bölüşüb.

Oxu.Az xəbər verir ki, telekanal iki məşhur simanı heyətinə qatıb.

Belə ki, Kubra Məhərrəmova və Sərdar Amin artıq ATV-nin efirində görünəcəklər.

Məşhur simalar telekanalda həftəiçi beş gün saat 7:30-da “Xəbərin olsun” səhər proqramı ilə tamaşaçıların qarşısında olacaqlar.

ATV-nin yeni proqramının anonsu artıq efirdə yayımlanır.

Qeyd edək ki, daha öncə telekanalın səhər proqramı “ATV Səhər” adlanırdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir