İdman

“Qarabağ” – “Molde” oyunu səkkizinci oldu

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

UEFA-nın yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Molde” (Norveç) qarşılaşmasını tribunalarda 26 min 500 tərəfdar izləyib. Bu görüş siyahının səkkizinci pilləsində yer alıb.

Ən çox azarkeş Yunanıstanda “Panatinaikos” və İspaniyanın “Vilyarreal” komandaları arasında keçirilən matçda qeydə alınıb. Görüşü 57 min 3 nəfər tribunadan izləyib.

Qeyd edək ki, “Qarabağ” “Molde”ni minimal hesabla məğlub edib – 1:0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir