Dünya

85 yaşlı qadın 153 saat sonra dağıntılar altından sağ çıxarıldı – VİDEO

Sharing is caring!

Kocaeli Xilasetmə Müdirliyi 7,7 və 7,6 bal gücündə zəlzələlərin qeydə alındığı Hatayda fəlakətin 7-ci günündə 85 yaşlı İsmihan adlı qadını dağıntılar altından xilas edib.

Xilasedicilərinn uzun sürən səyləri zəlzələnin 153-cü saatında öz bəhrəsini verib. İsmihan nənə Kahramanmaraşdakı zəlzələlərdən sağ çıxan ən yaşlı insanlardan biri olub.

O, sümüklərindəki qırıqlar səbəbindən xəstəxanaya yerləşdirilib.

İsmihan nənə ilə yanaşı, yaxın ərazidə 63 yaşlı Hafsa Dağçı da dağıntılar altından sağ qurtulub.

Onun 158 saat uçqun altında qaldığı bildirilib.

Mənbə: CNN Türk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir