Cəmiyyət

Bakıda musiqi alətləri mağazasından oğurluğa cəhd olunub

Sharing is caring!


Noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən və qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları dərhal həmin ünvana gəliblər və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib.

Onun Qubadlı rayon sakini T.Ələsgərov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir