Dünya

“Barselona”nın məşqi bir dəqiqəlik sükutla başladı – VİDEO

Sharing is caring!

“Barselona” klubunun bugünkü səhər məşqində Türkiyədə baş verən dağıdıcı zəlzələnin qurbanlarının xatirəsi yad edilib.

Kataloniya klubunun futbolçuları, məşqçi korpusu və texniki heyəti təbii fəlakət nəticəsində həyatını itirən insanların xatirəsinə ehtiramlarını nümayiş etdiriblər.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Dağıdıcı zəlzələ nəticəsində Türkiyədə 18 342 nəfər həlak olub. Ölü sayının artacağı bildirilir.

Mənbə: “Barselona” klubunun “Twitter” səhifəsi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir