Dünya

Cüdo üzrə Azərbaycan millisinin Açıq Avropa turnirində iştirakı ləğv olunub

Sharing is caring!

Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Açıq Avropa turnirində iştirakı ləğv olunub.

Azərbaycan Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır.

İdmançılar yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəklərindən, turnirdə iştirakları ləğv olunub. Onlardan fərqli olaraq, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.

Qeyd edək ki, Açıq Avropa turniri fevralın 11-12-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir