Dünya

Donald Trampın “Facebook” və “Instagram” hesabı bərpa edilib

Sharing is caring!

“Meta” şirkətinin administrasiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Facebook” və “Instagram” sosial şəbəkələrindəki  hesablarını blokdan çıxarıb.

Məlumata görə, hesablara giriş imkanı iki illik fasilədən sonra bərpa edilib.

“Meta” rəhbərliyi qərarını Trampın prezidentliyə namizəd olmaq planları ilə izah edib.

“Biz həmişə inanmışıq ki, amerikalılar ölkəyə rəhbərlik etmək istəyən insanları eşitməlidirlər”, – deyə şirkətin qlobal məsələlər üzrə prezidenti Nik Kleq bildirib.

Qeyd edək ki, bir müddət öncə siyasətçinin nümayəndələri “Meta”ya eks-prezidentin sosial şəbəkə səhifələrini bərpa etmək xahişi ilə məktub göndəriblər.

Xatırladaq ki, “Facebook” və “Instagram” 2021-ci ilin əvvəlində Trampın hesabını bloklayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir