Dünya

İngiltərə kilsəsi eynicinsli nikahlara xeyir-dua verəcək

Sharing is caring!

İngiltərə Kilsəsi bundan sonra eynicinsli cütlüklərin nikahlarına xeyir-dua verəcək. Kilsənin Baş Sinodunun üzvləri cümə axşamı günü bu qərara səs veriblər.

“İngiltərə Kilsəsinin Ümumi Sinodu eynicinsli cütlüklərin vətəndaş nikahı və ya mülki tərəfdaşlıq bağladıqdan sonra kilsəyə şükranlıq etmək, münasibətləri üçün xeyir-dua almaq məqsədilə kilsəyə gəlməsinə icazə verən təklifləri alqışlayıb”, – Kilsənin ali orqanının bəyanatında deyilir.

Həmçinin, İngiltərə Kilsəsinin yepiskopları LGBTQ+ icmasından kilsələrdəki “rədd edilmə, ayrıseçkilik və düşmənçilik”lə üzləşdiklərinə və belə halların onların həyatlarına etdiyi mənfi təsirə görə üzr istəyiblər.

Qeyd edək ki, İngiltərə, Şotlandiya və Uelsdə eyni cinsdən olanlar arasında kilsədənkənar nikahlar 2014-cü ildən, Şimali İrlandiyada isə 2020-ci ildən qeydə alınmağa başlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir