Dünya

Vilnüsdə Azərbaycan icması ilə görüş keçirilib – FOTO

Sharing is caring!

Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətinin Baltikyanı ölkələrə səfər çərçivəsində Vilnüs şəhərində Azərbaycan icmasının fəalları ilə görüş keçirilib. 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. 

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev 2018-2022-ci illər üzrə qurumun fəaliyyət istiqamətlərini əhatə edən geniş hesabatla çıxış edib. Hazırkı vacib mərhələdə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyinə, bu istiqamətdə diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsinin önəminə diqqəti cəlb edib. 

Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev çıxışında bildirib ki, diplomatik missiyamız bundan sonra da Azərbaycan həqiqətlərinin Litva ictimaiyyətinə çatdırılması, ölkəmizin mədəniyyətinin və tarixinin təbliği istiqamətində diaspor üzvlərinə yardımını əsirgəməyəcək.  

Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə əlaqələndiricisi Nərmin Əliyeva görülən işlər barədə ətraflı məlumat verib. 

Tədbir iştirakçıları Litva üzrə koordinatorluğun fəaliyyətini müsbət qiymətləndiriblər. 

Tədbir sualların cavablandırılması ilə yekunlaşıb. 

Qeyd edək ki, görüşdə Litvanın Vilnüs, Kaunas, Panevejs şəhərlərində yaşayan soydaşlarımız, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları iştirak ediblər. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir