Cəmiyyət

Paytaxtda hava şəraiti ilə əlaqədar azaldılan sürət həddi bərpa edildi

Sharing is caring!


Küləkli və qarlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Eyni zamanda bütün məlumat sürət tablolarından “güclü külək” və “sürüşkən yol” işarəsi də götürülüb.

Qeyd edək ki, hazırda həmin yolda sürət həddi 90 km/saatdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir