Kriminal

Qadından ağlasığmaz əməl: Həbsxanaya narkotik keçirmək üçün azyaşlıdan istifadə etməyə çalışdı

Sharing is caring!


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat Aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlı Zəhra Fərid qızı Hümbətlinin əşyalarına və üzərlərinə baxış keçirilən zaman Z.Hümbətlinin şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir