Dünya

Rusiya səfiri Bosniyanı “qırmızı düymə” ilə hədələdi

Sharing is caring!

Rusiya Federasiyası Bosniya və Herseqovinanın NATO-ya üzv olmaq istəyi fonunda yenidən nüvə silahından istifadəyə eyham vurub.

Moskva bildirib ki, ölkə hərbi alyansa qoşulmaq qərarına gələrsə, “proporsional cavab” hüququnu özündə saxlayır.

Bu barədə Rusiyanın Sarayevodakı səfiri İqor Kalabuxovun Rusiyanın “Diplomatiya günü” münasibəti ilə verdiyi bəyanatda deyilir.

O qeyd edib ki, azad ölkə kimi Bosniya və Herseqovina öz xarici siyasəti ilə bağlı istənilən qərarı verə bilər. Eyni zamanda da eyham vurub ki, ölkə Rusiyanı məhv etmək istəyən təşkilata qoşularsa, Moskvanın mümkün reaksiyasından xəbərdar olmalıdır.

“Gəlin, realist olaq – şərti olaraq Brüssel və ya Vaşinqton Moskvaya yönəlmiş raketlərlə nüvə sistemlərinin yerləşdirilməsi əmrini verərsə, o zaman onların rəhbərlik etdiyi təşkilatlara daxil olan şərti Sarayevo bunu etməyə məcbur olacaq. Bəli, seçim azaddır, lakin lütfən, bizim cavab hüququmuzu məhdudlaşdırmayın”, – deyə o vurğulayıb.

Eyni zamanda o, söz verib ki, Kreml Qərbin və NATO üzvlərinin “xain planlarına” əmin olmamış “qırmızı düymə”yə basmayacaq.

Mənbə: UNIAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir