Siyasət

Səudiyyə Ərəbistanının kralı və baş nazirindən Azərbaycan Prezidentinə təbrik

Sharing is caring!


İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Bu barədə President.az xəbər verir.

Səudiyyə Ərəbistanının rəsmi “Saudi Press” (SPA) informasiya agentliyinin yaydığı təbrik məktubunda Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıb.

Həmçinin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Səudiyyə Ərəbistanının rəsmi “Saudi Press” (SPA) informasiya agentliyi tərəfindən yayılmış təbrik məktubunda Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan hökumətinə və xalqına isə davamlı inkişaf və rifah arzu edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir