Dünya

Britaniya kəşfiyyatı Ukrayna ordusunu konfidensial hərbi məlumatların oğurlanması barədə xəbərdar etdi

Sharing is caring!


Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) beynəlxalq tərəfdaşlarla birlikdə Ukrayna ordusunun istifadə etdiyi “Android” mobil cihazlarını hədəf alan zərərli proqram kampaniyası haqqında hesabat dərc edib.

Bu barədə Britaniya Müdafiə Nazirliyi özünün “X” hesabında məlumat verib.

Hesabatda qeyd olunur ki, “Infamous Chisel” adı verilən zərərli proqram “Sandworm” kimi tanınan Rusiyanın kibercinayətkar qrupu tərəfindən istifadə edilib. Daha əvvəl NCSC “Infamous Chisel”in Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin Xüsusi Texnologiyalar üzrə Baş Mərkəzinə məxsus olduğunu bildirib.

Britaniya kəşfiyyatının məlumatına görə, “Infamous Chisel” təhlükə altında olan “Android” cihazlarına daimi girişi, həmçinin onların işlənməsi və filtrlənməsini təmin edir. Buraya Ukrayna hərbçiləri tərəfindən istifadə edilən hədəfləmə proqramları da daxildir.

“Infamous Chisel” çox güman ki, konfidensial hərbi məlumatların oğurlanması üçün istifadə edilib. Bu fəaliyyət Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmək üçün kiberimkanlardan davamlı istifadə etdiyini nümayiş etdirir”, – deyə Britaniya Müdafiə Nazirliyindən bildirilib.

Mənbə: RBC-Ukrayna

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir