Cəmiyyət

Türkiyədə zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışları aparılır

Sharing is caring!

“Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların axtarışı davam edir. Hazırda 25 nəfər axtarışdadır. Bu, o demək deyil ki, onların başlarına nəsə iş gəlib. Bəlkə də telefonlarını itiriblər, yaxud da telefonlarının enerjisi bitib”.

“Report”un zəlzələ bölgəsində olan əməkdaşı xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.

“Nəzərə almaq lazımdır ki, zəlzələ səbəbindən 4 hava limanı fəaliyyət göstərə bilmir. Hətta Bakıdan gələn humanitar yardımı belə qəbul edə bilmirik. Ona görə də quru yolla təxliyəni həyata keçirə bilirik. Onlar azərbaycanlıların təxliyə edildiyi avtobuslarda yemək və isti içkilərlə təmin olunurlar”, – deyə diplomat bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir