Dünya

İƏT və ərəb təşkilatları İsveçdə Quranın yandırılmasını qətiyyətlə pisləyib

Sharing is caring!

Bir sıra ərəb ölkələri və təşkilatları – Ərəb Dövlətləri Liqası, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ), İslam Əməkdaşlıq Təşkilatı, eləcə də dünyanın ən böyük İslam Universiteti “Əl-Əzhər” müsəlmanlar üçün müqəddəs Qurani Kərimin şənbə günü İsveçin paytaxtında yandırılmasını pisləyib.

Ərəb Liqasının parlamenti “beynəlxalq ictimaiyyəti məsuliyyəti öz üzərinə götürməyə və bütün bəşəri – əxlaqi dəyərlərə və prinsiplərə zidd olan, müsəlmanları təhrik edən, nifrət hisslərini qızışdıran və onlara qarşı yönəlmiş bu qəbuledilməz hərəkətləri qınamağa çağırıb”

“Əl-Əzhər” universiteti baş verənlərə görə İsveç hakimiyyətini günahlandırıb.

Bəhreyn, Misir, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin xarici işlər nazirlikləri də hadisəni pisləyib.

Qeyd edək ki, şənbə günü sağçı ekstremist “Sərt Kurs” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi yandırıb. Paludan çıxışında NATO, Türkiyə və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı tənqid edib, Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir