Təhsil

Eşqi Bağırovun adamı məktəb direktoruna xəbərdarlıq edilib.

Sharing is caring!

Xəbər verdiyimiz kimi, 14 nömrəli məktəbin direktoru Fatma Bayramova səs yazısında qadın müəllimlərə məktəbə şalvar geyinməmələrini, əks halda onları şagirdlərin yanında təhqir edəcəyini deyib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, həmin səs yazısı sözügedən məktəbin direktoruna aiddir: “Direktor izahatında qadın müəllimlərdən birinin səhhətində ciddi problemlər olduğu üçün ondan şalvar geyinmək üçün müvəqqəti icazə aldığını, digər müəllimlərin də bundan istifadə edərək müəllimə yaraşmayan geyimdə (dar şalvarda) məktəbə gəldiklərini bildirib”.

Qeyd olunub ki, şagirdlər evdə qadın müəllimlərin geyimlərini müzakirə etdiyi üçün, valideynlər Fatma Bayramovaya müraciət ünvanlayıblar. Lakin direktorun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bir neçə müəllim həmin geyimdə məktəbə gəlməyə dəvam edib. Bu səbəbdən Bayramova “whatsap” qrupuna səs ataraq onlara ciddi iradını bildirib: “Direktorun izahatı alınaraq ona bir daha belə hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir