Dünya

Rusiyanın Krasnoyarsk şəhərində ayı təhlükəsi: Fövqəladə vəziyyət elan edildi – VİDEO

Sharing is caring!


Rusiyanın Krasnoyarsk şəhərində ayı ilə bağlı fövqəladə vəziyyətin yaranma təhlükəsi elan edilib.

Bu barədə yerli administrasiya “Telegram” kanalında xəbərdarlıq edib.

Xatırladaq ki, Krasnoyarsk şəhərinin Jeleznodorojnıy rayonunun sakinləri ayını oktyabrın 22-də görüblər. Eyni zamanda meriya əlavə edib ki, əvvəllər heç vaxt şəhərin mərkəzində ayı görünməyib. Heyvan polis gələnə qədər uzaqlaşa bilib.

Polisə və ovçuluğa nəzarət orqanlarına küçələrdə patrul çəkmək tövsiyə olunub. İnsanların həyatı və sağlamlığı üçün təhlükə yaranarsa, mütəxəssislər yırtıcını vaxtında zərərsizləşdirə biləcəklər. Şəhər administrasiyasının bölmələri və sahibsiz heyvanların tutulması xidmətləri də həmçinin reydlər keçirəcək, operativ xidmətlərə məlumat ötürəcəklər.

Rayon icra hakimiyyətinə qida tullantılarının yırtıcıları cəlb etməməsi üçün onların vaxtında daşınması, sakinlər və idarəetmə təşkilatlarla marifləndirici işin aparılması tapşırılıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir