Dünya

BMT Baş katibi dünyadakı problemlərdən danışdı: “Bu, həyatımda gördüyüm ən pis vəziyyətdir”

Sharing is caring!

BMT Baş katibi Antoniu Quterriş dünyada mövcud vəziyyət barədə danışıb.

Baş katib bu barədə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda fikrini bildirib.

“Mən İkinci Dünya müharibəsi zamanı hələ doğulmamışdım, o zaman sözlərimin bir mənası olmazdı. Lakin hazırkı durum bütün həyatım boyu yaşadığım ən pis vəziyyətdir”, – deyə Quterriş vurğulayıb.

O, beynəlxalq ictimaiyyət üçün əsas problemlər kimi geosiyasi parçalanma və iqlim dəyişikliyini misal göstərib.

Onun sözlərinə görə, hazırkı vəziyyət “soyuq müharibə” dövründə müşahidə olunandan da pisdir.

Quterriş qeyd edib ki, bu gün dünyada münaqişələrin nəzarətdən çıxmasının qarşısını ala biləcək mexanizmlər çox azdır.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir