İdman

“Neftçi” səfərdə “Sumqayıt”a qalib gəlib

Sharing is caring!

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.

“Sumqayıt” “Neftçi”ni qəbul edib.

Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qolu Tiaqo Bezerra vurub. Braziliyalı hücumçu 12-ci və 62-ci dəqiqələrdə fərqlənib.

17-ci dəqiqədə Cəmaləddin Xocaniyazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub. 63-cü dəqiqədə “Sumqayıt”ın yeni transferi Anatoli Nuriyev Dmitri Nağıyevi əvəzləyərək, “gənclik şəhəri” təmsilçisində debüt edib. 72-ci dəqiqədə isə Tellur Mütəllimov zədələnərək, meydanı tərk edib. Onun əvəzinə meydana Elvin Məmmədov daxil olub.

Bu qələbədən sonra xallarını 50-yə çatdıran “Neftçi” ikinci pillədəki mövqeyini möhkəmlədib. Aleksey Baqanın gəlişindən sonra qalibiyyətə həsrət qalan “Sumqayıt” isə 15 xalla 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Səbail”lə qolsuz, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçə edib, “Zirə” isə gözlənilmədən “Qəbələ”yə uduzub – 0:3.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir