Cəmiyyət

Yevlaxda narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib – FOTO

Sharing is caring!

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarfiləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.  

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev və digər iştirakçılar narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. Narkotik asılılığının necə bir bəlaya səbəb olduğu şagirdlərə izah edilib. E.Mehdiyev həmçinin ölkəmizdə və rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində aparılan genişmiqyaslı tədbirlərin nəticələri dinləyicilərin diqqətinə çatdırılıb.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarxa baxılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir