Dünya

“Volkswagen”in keçmiş rəhbəri 96 yaşında yuxuda vəfat edib

Sharing is caring!

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in keçmiş baş direktoru Karl Horst Han 96 yaşında vəfat edib.

Han yanvarın 14-də Almaniyanın Volfsburq şəhərindəki evində yuxuda ikən dünyasını dəyişib.

Onunla vida mərasimi yanvarın 24-nə təyin edilib.

Bildirilir ki, məhz Hanın marketinq bacarıqları sayəsində “Beetle” avtomobilin tarixdə ən çox satılan model olub. 1945-ci ildən 2003-cü ilə qədər 21,5 milyon nüsxədən çox “böcək” istehsal edilib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir