Cəmiyyət

Şəmkirdəki qəzada türkiyəli sürücü xəsarət aldı – FOTO

Sharing is caring!

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralında yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü – Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Ali Mendi Zayiroğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir