Dünya

Peru prezidenti soyqırımı törədilməsində şübhəli bilindi: İstintaq başladı – FOTO

Sharing is caring!

Peru Baş Prokurorluğu Prezident Dina Boluarteyə qarşı ilkin araşdırma aparacaq.

Boluarte etirazçıların ölümünə görə soyqırımında şübhəli bilinir.

Bu barədə qurum “Twitter” hesabında məlumat verib.

“2022-ci ilin dekabrında və 2023-cü ilin yanvarında Apurimak, Libertad, Puno, Xunin, Arekipa və Ayakuço bölgələrində keçirilən etiraz aksiyaları zamanı törədilmiş soyqırımı, qətl və sağlamlığa ağır xəsarət yetirmə kimi cinayətlərin törədilməsi ilə bağlı istintaq aparılır”, – deyə məlumatda bildirilib.

Peru Baş Prokurorluğundan bildirilib ki, Dina Boluartedən başqa, şübhəlilər arasında Nazirlər Şurasının sədri Alberto Otarola, daxili işlər naziri Viktor Roxas, müdafiə naziri Xorxe Çaves, həmçinin keçmiş baş nazir Pedro Anqulo və keçmiş daxili işlər naziri Sesar Servantes də var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir