Dünya

Ukrayna Putinin atəşkəs təklifinə cavab verib – FOTO

Sharing is caring!

Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkədəki səhifəsində bildirib ki, Rusiya yalnız qoşunları işğal olunmuş əraziləri tərk edəcəyi təqdirdə atəşkəsə arxalana bilər.

O vurğulayıb ki, Kiyev “yad torpaqlara hücum etmir və dinc insanları öldürmür”. Siyasətçi bu hərəkətlərə görə Rusiya tərəfini günahlandırıb.

“Rusiya işğal etdiyi ərazilərdən çıxmalıdır. Yalnız bundan sonra o, “müvəqqəti barışıq” əldə edəcək. İkiüzlülüyü özünüzə saxlayın”, – deyə Podolyak bildirib.

Podolyak müvəqqəti atəşkəs ideyasından danışıb. O, bu məsələni Rusiya hakimiyyətinin “təbliğat elementi” adlandırıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyquya yerli vaxtla yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynada atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Kremlin mətbuat xidməti qeyd edib ki, Ukrayna ərazisində pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın olması ilə əlaqədar Rusiya hakimiyyəti Kiyevi də öz tərəfindən atəşi dayandırmağa çağırıb ki, dindarlar Milad mərasimində iştirak edə bilsinlər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir