Cəmiyyət

“Yüksəliş” müsabiqəsinin finalına keçən şəxslərin sayı AÇIQLANDI

Sharing is caring!

“Yüksəliş” müsabiqəsinin finalına 116 nəfər keçib. Onlardan 80 faizi paytaxtın, 20 faizi regionların payına düşür”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bu gün “Yüksəliş” müsabiqəsinin final mərhələsinin start götürdüyü tədbirdə deyib.

O bildirib ki, finala çıxanlardan 17-si xanımdır:

“Finala keçənlərdən təxminən 60 faizi (66 nəfər) özəl, 40 faiz dövlət sektorunun nümayəndələridir. Finalda 20 nəfərin qalib olması nəzərdə tutulur. Maraqlı yenilik də tətbiq edilib. Hər bir iştirakçının psixoloji portreti də hazırlanacaq və müsabiqə çərçivəsində onun özünə təqdim ediləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir