Dünya

Ankarada vergi idarəsində qazdan kütləvi zəhərlənmə: Bina boşaldıldı

Sharing is caring!

Türkiyənin paytaxtı Ankarada vergi idarəsində qaz sızması çox sayda insanın zəhərlənməsinə səbəb olub.

İdarənin yeməkxanasında işləyənlər başgicəllənmə, ürəkbulanma kimi narahatlıqlarla üzləşiblər, bir neçə nəfər isə huşunu itirib. Hadisə yerinə çox sayda səhiyyə işçisi cəlb edilib. Təbii qazdan təsirlənən 25 nəfər xəstəxanaya aparılıb.

Bina tədbir məqsədi ilə boşaldılıb.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir