Dünya

“Amazon” tarixində görünməmiş qərar: 18 mindən çox əməkdaş işdən çıxarılacaq

Sharing is caring!

Amerikanın “Amazon” şirkəti rekord sayda əməkdaşını işdən çıxaracaq.

Bu barədə şirkətin baş direktoru Andi Cassi məlumat verib.

O bildirib ki, ​​daha əvvəl elan edilmiş işçi qüvvəsinin azaldılması tədbirləri çərçivəsində ixtisarlar 18 000 nəfəri keçəcək. Bu rəqəm isə “Amazon” tarixində ən böyük işdən çıxarılma sayını əks etdirir.

Şirkət rəhbəri bununla bağlı işçilərinə məktub göndərib və yanvarın 18-də əməkdaşlara bəyan olunacaq ixtisarların daha çox elektron ticarət və insan resursları departamentlərinə aid olacağını qeyd edib.

İşdən çıxarılanlar “Amazon”un təxminən 300 000 korporativ işçi qüvvəsinin altı faizini təşkil edirlər.

Şirkət bu yaxınlarda istedadlı işçilərin cəlb edilməsində rəqibləri ilə daha aqressiv rəqabət aparmaq üçün maaşları iki dəfə artırdığını elan etmişdi. Lakin müvafiq qərar şirkətin mövqeyində sürətli dəyişikliklərin olduğuna işarə edir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir