Dünya

Bayden amerikalıları çıxmaza saldı: “İstədiyimizi etməliyik…” – VİDEO

Sharing is caring!

Amerika Prezidenti Co Bayden ölkənin gələcəyi ilə bağlı açıqlaması ilə ABŞ-nin “Twitter” istifadəçilərini çaşdırıb.

“Ən yaxşı günlərimiz qabaqdadır. Və mən bunu ürəkdən deyirəm. Mən çoxdandır bunun üzərində işləyirəm, uşaqlar. Ən gözəl günlərimiz qabaqdadır, geridə deyil. Mən uzun müddətdir deyirəm, – mən bunu nəzərdə tuturam, – mən heç vaxt, heç vaxt Amerikanın perspektivləri ilə bağlı indiki qədər optimist olmamışam. Heç vaxt. Dünyanın 140-dan çox ölkəsini gəzmişəm. Köhnə qonşumun bir ifadəsini başqa sözlə deyəcəm: dünyanın qalan hissəsi, yəni dünya “cins şalvarımızdakı yamaq” deyil. İstədiyimizi ediriksə… və istədiyimizi etməliyik”, – deyə ABŞ Prezidenti Kentukkiyə səfəri zamanı bildirib.

Bir çox internet istifadəçisi Ağ Ev sahibinin bu sözlərini qavramaqda çətinlik çəkib.

“RedState”in köşə yazarı Bazz Patterson bununla bağlı çaşqınlığını ifadə edib.

“Co Bayden nə dedi axı?” – deyə o yazıb.

“Onun köhnə qonşusu, həqiqətən, belə deyirdi!” – deyə “Townhall”un köşə yazarı Kevin Makmahon istehza ilə qeyd edib.

Respublikaçı senator Coş Holulinin mətbuat katibi Ebigeyl Maroun isə bildirib ki, “əgər beyniniz qarmaqarışıqlığa çevrilibsə, o zaman Baydenin sözləri məna kəsb edir”.

Respublikaçı senator Erik Şmidtin mətbuat katibi Uill Oqreydi Baydeni yaxşı formada gördüyünü qeyd edib.

“Bayden Vircin adalarındakı tətilindən sonra yaxşı dincəlmiş və gümrah görünür”, – deyə o ifadə edib.

Mənbə: “Fox News”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir